Post

Bir mandata görə ailəmi dağıtmayacaqdım ki…?! – FOTO

Bölmə: Müsahibələr| Tarix: May 15, 2012

“4 Valet” layihəsinin budəfəki qonağı millət vəkili Gülər Əhmədovadır
Görüş yerini müəyyənləşdirmək üçün Hökumət Evinin böyür-başını ələk-vələk elədik, bir şey alınmadı, münasib yer tapılmadı ki, tapılmadı. Gülər Əhmədova xahiş eləmişdi ki, müsahibə onun iş yerinin yaxınlığında olsun. Nəhayət, müsahibə gününün günortası xəbər tutdum ki, bizim o ətrafda yer tapmadığımızı bilən millət vəkili hamımızı Yasamalda bir restorana dəvət eləyib. Daha ətraflı »

Post

Gülər Əhmədova “Yeni Gün” proqramının qonağı oldu – FOTO – VİDEO

Bölmə: Səfərlər| Tarix: May 12, 2012

Ankarada səfərdə olan millət vəkili Gülər Əhmədova TRT AVAZ kanalında çıxış edib
Ankarada təşkil olunan “Birinci Beynəlxalq Təhsil Simpoziumu”nda iştirak etmək üçün Türkiyədə səfərdə olan Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova May ayının 10-da TRT AVAZ kanalının “Yeni Gün” proqramının qonağı olub. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş verilişdə Heydər Əliyevin keçdiyi ömür yolundan danışılmış, Ulu Öndərə həsr olunmuş video çarxlar, mahnılar nümayiş etdirilmişdir. Daha ətraflı »

Post

Gülər Əhmədova TRT AVAZ rəhbərliyi ilə görüşdü – FOTO

Bölmə: Foto və Video,Görüşlər| Tarix: May 11, 2012

TRT Avaz Kanal Koordinatoru Adnan Süer ilə görüşdə Türk dünyasının bugünü və gələcəyi müzakirə olunmuş, kanalın bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilmişdi
Xəbər verildiyi kimi, 10-11 May tarixlərində Ankara Universitetində keçirilən “Birinci Beynəlxalq Təhsil Simzpoziumu”nda iştirak etmək üçün Türkiyədə səfərdə olan Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova TRT AVAZ rəhbərliyinin dəvəti ilə bu kanalda olmuşdur. Daha ətraflı »

Post

I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu öz işinə başladı – FOTO

Bölmə: Səfərlər| Tarix: May 10, 2012

Bu nüfuzlu elmi toplantıda Azərbaycandan akademik Səlahəddin Xəlilov, millət vəkili Gülər Əhmədova, sosioloq Əbülfəz Süleymanlı və digər ziyalılarımız iştirak edirlər
Xəbər verildiyi kimi, May ayının 10-da Türkiyənin Ankara şəhərində Ankara Universiteti rektorluğu, Atatürk Kültür Mərkəzi və Ankara Universiteti Təhsil Elmləri Fakültəsinin birgə təşkilatçılığı ilə “Birinci Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu” öz işinə başlayıb.
Dünyanın ən qabaqcıl təhsil və elm müəssisələrindən tanınmış alim və sosioloqların iştirak etdiyi bu simpoziumda Maltadan dünya şöhrətli sosioloq, professor Peter Mayo, Almaniyanın Frayburq Universitetindən professor Uve H. Bittlingmayer, Almaniyanın Darmştat Texnik Universitetindən professor Beate Krais, Azərbaycandan akademik Səlahəddin Xəlilov və başqaları iştirak edirlər. Daha ətraflı »

Post

Bakıda “thebusiness|year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib – FOTO

Bölmə: Mətbuatda| Tarix: May 8, 2012

“thebusiness|year” jurnalının Azərbaycana həsr olunmuş xüsusisi buraxılışında Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovanın da müsahibəsi dərc edilib
Bu gün Bakıda “thebusiness|year” jurnalının Azərbaycana həsr olunmuş “Azerbaijan 2012” xüsusisi buraxılışının təqdimatı keçirilib.
Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Xüsusi buraxılış barədə məlumat verən jurnalın regional direktoru Betül Cakaloğlu deyib ki, buraxılış “Evrovision”a hərs olunub. Daha ətraflı »

Post

«Heç bir qaralama kampaniyasının üzvü deyiləm»

Bölmə: Çıxışlar| Tarix: May 2, 2012

Gülər Əhmədova: «Uşaqlara qarşı zorakılıq tətbiq edən şəxslər axtalanmalıdır»
Millət vəkili, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədovanın Milli Məclisdə keçirilən “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” mövzusunda beynəlxalq konfransda Azərbaycandakı internatlardan birinin işçisi haqqında sensasiyalı faktlarla çıxışı cəmiyyətdə müsbət qarşılanıb. Daha ətraflı »

Post

Orta Doğuda küresel eğitimin vatandaşlık aşamaları

Bölmə: Çıxışlar| Tarix: May 1, 2012

Ben ilk once konuşmamı bir örnek ile başlamak isterim: “Rüzgar güclenende bazı insanlar kaleler inşa ediyor, bazıları ise gemiler”
Günümüzde vatandaşlık eğitimi birçok araştırmaların konusudur, birçok ülkelerin eğitim politikasının bir parçasıdır ve pedagoji deneyin çok geniş bir alanıdır. Neden vatandaşlık eğitimi bir çok ülkede yeni fenomen olarakkabulediliyor? Çünkü zaman zaman dünya ülkelerinin çoğunluğunda vatandaşların oluşturulması çok aktif yapılır.  Ama aslında kimi ve nasıl oluştururdular? İşte bu, meselenin en önemli bir tarafı. Daha ətraflı »

Post

Millət vəkilindən şok faktlar

Bölmə: Çıxışlar| Tarix: May 1, 2012

Bu gün Azərbaycandakı internat evlərindən birində zorakılıqda adı hallanaraq cəzalandırılan şəxs sonradan vəzifəsinə qayıdıb. SİA-nın xəbərinə görə, bunu millət vəkili Gülər Əhmədova Milli Məclisdə keçirilən “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, internat evində çalışan şəxslərdən biri həmin internatdakı oğlan uşağına qarşı cinsi zorakılıq edib. Daha ətraflı »

Post

Gülər Əhmədova Türkiyə televiziyasına müsahibə verdi – FOTO

Bölmə: Müsahibələr| Tarix: April 26, 2012

24 Aprel günündə millət vəkili erməni yalanlarını bir daha ifşa etdi
Xəbər verildiyi kimi, Aprel ayının 23-də Türkiyənin İstanbul şəhərində Azərbaycanın İstanbuldakı baş konsulluğunun və “Türkiyə Azərbaycan Kültür və Egitim Vakfı”nın birgə təşkilatçılığı ilə Xocalı soyqırımı barədə hazırlanmış filmin təqdimat mərasimi keçirilmişdir. Tədbirdən öncə Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova Türkiyənin “Bengü Türk” kanalına müsahibə vermişdir. Daha ətraflı »

Post

İstanbulda “Gerçek bir soykırım” filminin təqdimatı keçirildi – FOTO

Bölmə: Görüşlər| Tarix: April 24, 2012

Gülər Əhmədova: “Fransa senatının geri addım atması millət vəkili Mehriban Əliyevanın fəaliyyətinin nəticəsidir”
Aprel ayının 23-də Türkiyənin İstanbul şəhərində Azərbaycanın İstanbuldakı baş konsulluğunun və “Türkiyə Azərbaycan Kültür Evi Vakfı”nın birgə təşkilatçılığı ilə Xocalı soyqırımı barədə hazırlanmış filmin təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Gülər Əhmədova, “Türkiyə Azərbaycan Kültür Evi Vakfı”nın rəhbəri və Azərbaycanın İstanbuldakı diasporunun fəalları iştirak etmişlər. Daha ətraflı »